Kəlbəcərdə yeni İNSİDENT: Ordumuz xəbərdarlıq etdi
Gündəm
06 İyun 2021 01:48
937
Kəlbəcərlə sərhəddə yerləşən Ermənistanın Geqarkunik rayonunun Kut (Zərkənd) kəndi ərazisində baş verən insidenti Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.
"Avtoyol.az" xəbər verir ki, Ermənistan MN “heyvanlarını otaran” Kut kənd sakininin sərhədə yaxınlaşdığını, bu zaman isə Azərbaycan Ordusunun xəbərdarlıq atəşi açdığını bildirib. Rəsmi açıqlamada heyvanların bəzilərinin Azərbaycan ərazilərinə daxil olduğu da etiraf edilib. Qeyd edilib ki, qalan heyvanlar geri aparılıb. Qeyd edək ki, bundan öncə 100 baş qoyunun Azərbaycan sərhədləri daxilinə keçdiyi, Azərbaycan ərazisinə girməyə çalışan erməni çobanın isə ərazidən qovulduğu bildirilmişdi. Xatırladaq ki, ermənilərin “çoban” və “qoyunotaran” adı ilə sərhədlərimizə sızması ehtimalı da böyükdür. Belə ki, ermənilər artıq dəfələrlə Azərbaycan sərhədlərinə keçərək, terrorçuluq ediblər. 27 mayda isə Azərbaycan Ordusunun təminat yoluna mina döşəyən 6 diversant-terrorçu yaxalanıb.
Rəylər